Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır:

“Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”.