Açıq-saçıq fotosessiyaları ilə gündəm yaradan müğənni Dilarə Kazımova bu dəfə verilişi ilə bütün diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, sənətçinin “Youtube” sosial platformasında yayımlanan “Dəb elə” verilişindəki qeyri-etik görüntülər təndiqlərə məruz qalıb.
Proqrama qonaq olan model Səmra Hüseynova ilə Kazımovanın etdiyi xoşagəlməz hərəkətlər sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.
“Hörmətim var idi, səni çox istəyirdim, gördüklərimdən sonra heyif…”, “Sadəcə biabırçılıq”, “Müasirliyi belə geyimlərdə, bu cür verilişlərdə, söhbətlərdə və belə davranışlarda görürsünüzsə, sizə, həqiqətən, sözüm yoxdur. Çıxdım səhifəndən…”, “Utanıram belələrini görəndə… Xalqımın qadınları adına xəcalət çəkirəm”, “O nə hərəkət idi?” – yazan izləyicilər ifaçını qınayıblar.