Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib – FOTO

TURAN
03/08/2021 14:18
1
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Musavat.com xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Məlumat verilib ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bildirilib ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Dövlət başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verilib. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verilib.

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO

DAHA ÇOX OXU

Dünya

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21
1-MANŞET

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00
Dünya

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59
Dünya

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50
Dünya

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15
Dünya

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46
SON XƏBƏR

Piyadanı öldürən və üç maşınla toqquşan "Prado" sürücüsü ilə bağlı MƏLUMAT - VİDEO

Rəqsanə İsmayılova İlhamə Quliyevadan danışdı: “Sağlığında icazə aldım…”

30 yaş ondan kiçik xanımı ilə erotik FOTOlarını paylaşdı

Xəbər lenti

Moskvada ermənilər biabır oldu – VİDEO

31/01/2023 06:49

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33

Danimarka “taxıl sazişi”nə qoşulub

31/01/2023 06:16

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: Şallaq zərbəsi tətbiq ediləcək

31/01/2023 06:00

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.