Türkiyədə baş verən meşə yanğınlarına müdaxilə edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “Be-200” “Amfibiya” təyyarəsinin növbəti görüntüləri yayılıb.

Medianews.az xəbər verir ki, görüntülərdə təyyarənin dənizdən su götürərək yanğınlar baş verən əraziyə yollanması öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Dünən gün ərzində nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir.