Bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.

Bu barədə Medianews.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazir, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını da tələb edib.