Məlum olduğu kimi, Azərbaycan cüdoçusu İrina Kindzerskaya Tokio Olimpiadasında bürünc medal qazanıb.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, idmançının Azərbaycandan olan həyat yoldaşı Həmid Əliyev yarışı yaşadığı Ukraynada kafelərdən birində izləyib.
O, İrinanın qələbəsindən sonra göz yaşlarını saxlaya bilməyib. Kafedə olanlar onu təbrik edib.
Qeyd edək ki, İrina Kindzerskaya Olimpiadada medal qazanan ilk Azərbaycan qadın cüdoçusu kimi tarixə düşüb.