Sosial şəbəkələrdə Almaniyadan olan cüdoçu Martina Traydosun yarışdan əvvəl məşqçisi tərəfindən silkələnməsi və üzünün şillələnməsi ilə bağlı görüntülər böyük maraq doğurub.

“Eurosport”un məlumatına görə, kadrların birmənalı qarşılanmadığını görən idmançı müəlliminin bu hərəkətini izah etməli olub.

“Bu, yarış öncəsi bir mərasimdir! Məşqçim yalnız istədiyimi edir, məni qızışdırır!”, – deyə Tridos “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, bu ritual Traydosa kömək etməyib. Belə ki, o, Macarıstandan olan rəqibi Sofi Yezbaşla mübarizədə məğlub olub.

Onu da qeyd edək ki, əslən Polşadan olan Martina Traydos dörd dəfə Bakıda medal qazanıb: Avropa Oyunlarında – qızıl (2015 ), “Böyük Dəbilqə”də – gümüş (2015) və “Böyük Dəbilqə”də – bürünc ( 2013 və 2019)