İstanbulda (Türkiyə) 20 yaşlı qızını boğub öldürdükdən sonra damarlarını kəsib intihar etmək istəyən ata həbxsanaya göndərilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ata bu azmış kimi evi də yandırmaq istəyib. Xəstəxanada polisə verdiyi ifadədə qızının özü-özünü boğduğunu və onu xilas edə bilmədiyi üçün damarlarını kəsdiyini iddia edib. Həbs olunan ata evdəki yanğını isə şamdan törənə biləcəyini deyib.

“Qızım özünü boğdu, xilas edə bilmədim”, – deyən kişinin yalan söylədiyi müəyyən edilib. Hadisəni nədən törətdiyi araşdırılır.

Qızını boğan atanın ifadəsi dəhşətə gətirir - FOTO