İyulun 16-da paytaxtın Nizami rayonunda yerləşən oteldə Aygün Mirzəyevanın qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik.
Rəsmi məlumata görə, Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib. Həmin şəxs artıq həbs olunub.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə qətlin baş vermə anının video görüntüləri yayılıb. Videodan görünür ki, otaqda Aygün Mirzəyevə başqa bir şəxslədir. Bu zaman qapını açan digər şəxs otaqda olan kişiyə və qadına bir neçə zərbə endirir və otağı tərk edir.
Video otel nömrəsinə yerləşdirilmiş gizli kamera ilə qeydə alınıb.