“Millət aksesuara, çantaya baxır. Bu da sənətin gətirdiyi bir haldır. Ona görə mən də alıb istifadə edirəm. Brend sevmirəm, amma özümə yaraşanı alıram. Anam mənə keçiddən 10 manata çit paltar da alıb. Evdə rahat geyimi sevirəm. Hətta onu geyinib bir klipimdə oynamışam da”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova “Söhbət var” proqramında deyib. Sənətçi brend aksesuarlarından danışıb.

Günel bildirib ki, qazandığı pullara aldığı qızılları oğurlanıb:

“Pullarımı qızıla verdim, amma mənə düşmür. Satırsan gedir. Hətta bir dəfə qızıllarımı oğurlamışdılar. Alıb arxaya atırdım ki, ev alaram. Alınmadı, mən də daha heç bir üızıl almıram”.

İfaçı buruq saçlarının ona yaşatdığı çətinliklərdən də söz açıb:

“Saçımı yuyub çıxanda hamı mənə baxır. Yağışın altında gəzməməyə çalışıram. “Didəm” klipindəki saçım anadangəlmədir. Çox çətindir. Yağış yağanda deyirəm, yeni fenləmişdim. Bir azdan necə qalxacaqsa, şir evdən qaçdıya oxşayacam”.