Əməkdar artist Nahidə Orucova yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, aktrisa “Mtv” kanalına müsahibəsi zamanı gənc aktyorlardan şikayətlənib.

Əməkdar artist onların pulu sənətdən üstün tutduqlarını dilə gətirib:

“Mən hər zaman demişəm, elə aktyorlar var ki, gənc aktyorlar yəni, kənardan bizə baxıb deyirlər, siz nə etmisiniz? Biz sənət yolumuzdan danışanda qəribə baxırlar.

İndiki aktyorlar tamam başqa yolu tutublar. Onlar sənəti deyil, pulu, qazancı düşünürlər. Deyirlər, görək haradan qazanırıq.

Biz düşünürük ki, tamaşaçının qəlbinə yol tapaq. Pulla deyil, məhəbbətlə onların sevgisini qazanaq”.