Məşhur hollandiyalı model Lara Stounun ötən həftəsonu David Qrivson ilə toyu gerçəkləşib.

Medianews.az “axşam.az”a istinadən xəbər verir ki, 36 yaşlı model lüks daşınmaz əmlak sahəsində işləyən David ilə 2018-ci ildən münasibətdədir. 2020-ci ildən nişanlı olan cütlük pandemiya səbəbindən toylarını təxirə salmalı olmuşdu.

Lara Stoun toyunda “Tephi” markasından olan uzun libas geyinib. Mərasim İngiltərədə baş tutub.

Qeyd edək ki, bu, Lara Stounun ikinci evliliyidir. O, bundan əvvəl aktyor Devid Uilyamsla evli olub. Cütlüyün Alfred adında oğlu var.

Məşhur model ikinci dəfə ərə getdi - FOTO

 

Məşhur model ikinci dəfə ərə getdi - FOTO

 

Məşhur model ikinci dəfə ərə getdi - FOTO