Meksika Körfəzindəki bir neft şirkətinə məxsus sualtı boru kəmərində partlayış baş verib.
Medianews.az xəbər verir ki, partlayışdan sonra qorxunc görüntülər ortaya çıxıb.
Yanğın dənizdəki 78 metr dərinlikdə baş verən partlayışdan sonra baş verib. Dənizi bürüyən alovlar çətinliklə söndürülərkən, işçilər tərəfindən paylaşılan yanğın görüntüləri sosial mediada yayılıb.
Demək olar ki, vulkan püskürməsinə bənzəyən dəhşətli hadisəyə “cəhənnəm gözü” adı verilib.
Partlayan sualtı boru kəməri Meksikanın dövlət neft şirkəti olan Pemex-ə (Petroleos Mexicanos) aiddir. Yanğının baş verdiyi Meksika körfəzi, yaxınlıqdakı Campeche əyalətinin sahillərində yerləşir.
Neft şirkəti dənizin ortasında çaxnaşma yaradan yanğının söndürüldüyünü və hadisənin nəzarət altında olduğunu açıqlayıb. Partlayışdan sonra baş verən yanğın nəticəsində ölən və ya yaralanan olmadığı bildirlib. Sızıntıdan qaynaqlanan vəziyyətin foto və videoları bir partlayışa bənzədiyi, dəfələrlə sosial mediada paylaşıldığı və viral olduğu deyilir.
Turan Oruc
Medianews.az