Türkiyədə “Demirören” xəbər agentliyinin əməkdaşları Derya Evren və İsmail Hakkı Seymen Bursa şəhərində qeyri-adi hadisənin şahidi olublar.Əri tərəfindən bıçaq hədəsi ilə qaçırılmağa çalışan qadını xilas ediblər.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, jurnalistlər polis gələnə qədər qadını qarşı zor tətbiq edən şəxsin qarşısını almağa müvəffəq olublar. Baş verən hadisə anbaan kameralara da düşüb. “Ayaqlarını sındıracağam, başa düşmürsən” deyə kişi şəxs qadını təhdid edib. Qadın isə polisə verdiyi ifadədə əvvəllər döyüldüyü üçün 7 dəfə şikayət etdiyini vurğulayıb. Kişini ifadəsi alınması üçün polisə aparıblar.