Vyetnam müharibəsindən qaçan və 41 il bir meşədə insanlardan uzaq bir həyat yaşayan Lang, həyat hekayəsi ilə hər kəsi təəccübləndirir.
Medianews.az xəbər verir ki, atası ilə birlikdə meşədə yaşayan Lang, Vyetnam müharibəsinin hələ də davam etdiyinə inanır.
41 il boyunca dünyanın qalan hissəsindən tamamilə təcrid olunmuş vəziyyətdə yaşayan Lang, cəngəlliklərinin dərinliyində yaşayarkən dünyada nələrin baş verdiyindən xəbərsiz olub.
Ho Van Lang və atası Ho Van Thanh, Vyetnam müharibəsindən qaçdıqdan sonra Quang Ngai əyalətinin Tay Tra bölgəsindəki bir meşədə yaşayırdılar. 49 yaşında olduğu təxmin edilən Van Langın qırx ildir ki, başqa insanlarla və ya müasir dünya ilə təması yoxdur. Langın qadınların varlığından belə xəbərdar olmadığı bildirilir.
Ata Thanh 1972-ci ildə müharibədə həyat yoldaşını və iki uşağını itirəndən sonra kəndindən qaçmağa qərar verib və 2013-cü ildə kəndlilər tərəfindən aşkar edilib.
Sivilizasiyaya yavaş-yavaş uyğunlaşan Lang və atası indi meşənin yaxınlığında bir evdə yaşayırlar.
2015-ci ildə dünyanın ucqar, kimsəsiz bölgələrinə tətil imkanları təqdim edən Docastaway şirkətinin baş meneceri Alvaro Cerezo Lang ilə görüşmüşdü. Ondan meşədə yaşam üsulları barədə bidilər əldə etmək istəyən menecer beş gün ata-bala ilə meşədə birlikdə yaşayıblar.
Langın “qadın və kişi arasında fərqi tapma” problemi yaşadığını və hələ də “aralarındakı əsas fərqi” bilmədiklərini söyləyir. Langın heç vaxt minimum cinsi istəyi və reproduktiv instinktlərin olmadığı bildirilir.
Lang və Thanh-ın qida rasionu meymunlar, siçovullar, ilanlar, kərtənkələlər, qurbağalar, yarasalar, quşlar və balıqlar da daxil olmaqla meyvələrdən, tərəvəzlərdən, baldan, müxtəlif ətlərdən ibarətdir. Langın ən sevimli yeməyinin isə siçan başı olduğu bildirilir.
Turan Oruc
Medianews.az