Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki institutlarda yoxlamalara başlanılıb.
Medianews.az unikal.org-a istinadən xəbər verir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə qurumun nəzdində olan bütün institutlarda maliyyə yoxlamalarına start verilib.
Yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanarsa, AMEA prezidentinin materialları hüquq-mühafizə orqanlarına da göndərəcəyi bildirilir.