Birdəfəlik istifadə üçün istehsal olunan plastik qabların satışı qadağan edilir.

Pravda.az-ın məlumatına görə, təkrar emal üçün yararsız hesab olunan plastik qablar bütün canlı orqanizmlər üçün eyni təhlükəni yaradır.

Torpaq qatında çürümür, tərkibindəki mikrohissəciklər bitkilərin və kənd təsərrüfatı məhsullarının inkişafını ləngidir. Həmçinin plastik qablaşdırma materiallarının tərkibində olan zəhərli maddələr orada saxlanılan qida ilə qarışaraq insan sağlamlığına birbaşa təsir edir.

Plastik qabların zərərindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, uzun zamandır bu məsələ ilə bağlı maarifləndirmə işləri görülür.

Onun sözlərinə görə, müvafiq qanuna əməl etməyib, plastik qabların yenidən satışı ilə məşğul olan sahibkarlar cərimələnəcəklər.