Qumar və mərc oyunları insanlıq tarixində düşünüləndən çox əvvəl ortaya çıxan anlayışlardır.
Bu gün də gücünü itirmədən kazinolar ilə insanları bir araya toplayan məkanlarda ağlasığmaz pullar dövr edir.
“Qalib gələndə masadan ayrılmaq çox çətindir, uduzarkən daha da çətindir …”
Medianews.az tarixdə qumar və qumarxanalar haqqında bilinməyən gerçəklər haqqında faktları təqdim edir.
Qumarxanalar sizə qısa müddətdə kiçik qazanclar gətirən, lakin uzun müddətdə uduzmanıza səbəb olacaq oyunları ön plana çıxarır. Bu səbəbdən də slot maşınları və “blackjack” kimi oyunlar qumarxanaların ən sevimli oyunudur.
Kazinolarda rəngarəng işıqlardan istifadə edərək “Hamı qazanır” mesajı insanların şüuraltına yeridilir. Əslində isə böyük bir əksəriyyət çox pis bir şəkildə uduzur.
Kazinolarda ümumiyyətlə saat yoxdur və pəncərələr çox nadir hallarda olur. Beləliklə zamanın necə keçdiyi başa düşülmür, insanlar orada neçə saat olduqlarının fərqinə varmırlar. Xarici dünya ilə əlaqələri də kəsilir.
Tualet və yemək sahələri məkanın ən ucqar yerlərində yerləşir.
Beləliklə, qumar sahəsindən uzaqlaşmamağınız hədəflənir. Əksər insanlar düşünürlər ki, kifayət qədər uzun oynayarlarsa, böyük bir məbləğlər əldə edəcəklər. Ancaq təəssüf ki, elə böyük bir məbləğ heç vaxt qazanılmır. Qazanan hər zaman kassa olur.
Pulsuz yemək və içki xidmətləri təqdim edərək içəridə daha uzun müddət qumar oynamağınızı hədəflənir.
Əlavə olaraq bu pulsuz içkilər sayəsində sərxoş olmağınız təmin edilir. Bu, daha sürətli və səhv qərarlar qəbul etməyə imkan verir.
Kazinolar labirent kimi dizayn edilir ki, içəridə itib oradan çıxa bilməyəsiniz. Bunu dərk edə bilməməyinizə baxmayaraq, beyniniz onlarla aparat arasında haraya gedəcəyinizi və nə edəcəyinizi bilmir. Belə halda qarşınıza çıxan hər hansıda bir oyunda onayırsınız.
Dünyada ilk kazino 1638-ci ildə İtaliyada qurulub.
İlk slot maşın 250 il sonra Charles Fey tərəfindən icad edilib..
Qumar oyunçularının böyük əksəriyyəti slot maşınlarını daha gəlirli hesab edir və onlara üstünlük verirlər.
Məşhur Atlantic City-də kazino qurulduqdan 15 il sonra cinayət nisbətləri sürətlə artıb.
Zorakı cinayətlər 199 %, oğurluq cinayətləri 481 % artıb.
Qumar aludəçilərinin təxminən üçdə iki hissəsi vərdişlərinə davam etmək məqsədilə pul tapmaq üçün bir müddət sonra cinayətlərə əl atırlar.
Araşdırmalara görə, müntəzəm olaraq qumar oynayan insanlarda zehni xəstəlik riski zamanla artır.
Psixoloji araşdırmalara görə, qumar aludəçilərinin əksəriyyəti əslində hansı vəziyyətdə olduqlarını yaxşı bilirlər.
Qumar oynayan insan qalib gəlmə şansının az olduğunu və ya daha çox pul itirməyinin qarşısnı ala bilməyəcəyini bilir, bəla özünü dayandıra bilməməsidir.
Oyunçuların kazinolarda ayıq olmasını təmin etmək üçün ətrafa əlavə oksigen buraxılır.
Musiqi qumarxanalarda da çox vacib bir rol oynayır.
Müəyyən bir başlanğıcı və sonu olan musiqi istifadə olunmur, çünki oyunçulara vaxtın keçdiyini xatırlada bilər. Heç bir musiqi çalmamağa da üstünlük verilmir, çünki oyunçuları ətraf mühitdən daha yaxşı xəbərdar edəcəkdir.
Bu səbəbdən, hipnotik, təkrarlanan, başlanğıcı və sonu olmayan, zaman qavrayışını yaratmayacaq melodiyalara söykənən musiqi səsləndirilir.
Bir sözlə, kazinolar hər saniyədə bir çox metoddan istifadə edərək şüuraltı ilə oynayır və asılılığınızı artıraraq daha çox qumar oynamağa məcbur edir.
“Kazinolar oyunçulara qalib gəlmir, bir növ özlərinə qalib gəlmək şansı verirlər”.
Turan Oruc
Medianews.az