Türkiyəli məşhur müğənni Berdan Mardininin keçmiş həyat yoldaşı Fatoş Karademir, evinin yaxınlığında silahlı hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə zamanı Fatoş Karademir ayağından yaralanıb.
Sözügedən hadisənin görüntüləri şəhərin təhlükəsizlik kameralarına əks olunub.
Fatoş Karademirə motosikletlə hücum edilib. Hadisə zamanı F.Karademirə 5 dəfə atəş açılıb. Ayağından yaralanan Fatoş Karademir Qanuni Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlər onun həyatının təhlükə altında olmadığını açıqlayıb.
Hazırda polis hadisəni həyata keçirərək qaçan 2 şübhəlini axtarır. Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə işıqlarda gözləyərkən Karademirə yaxınlaşan 2 nəfərin atəş açdıqdan sonra qaçdıqları görülür. Kadrlarda Karademirin avtomobili kənara çəkməsi və vətəndaşların köməyinə getdiyi də görünür.
Qeyd edək ki, Türkiyəli məşhur müğənni Berdan Mardini 2010-cu ildə evləndiyi Fatoş Mardinidən bu ilin mart ayında boşanıb.
Turan Oruc
Medianews.az