NATO-ya üzv ölkələrin liderlərin zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə ilə salamlaşma anı sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

Musavat.com xəbər verir ki, görüntülərdən bir an kəsilərək və təhrif olunaraq sosial şəbəkələrdə təqdim olunub və Ərdoğanın Bayden qarşısında əyildiyi iddia edilib.

Bir qism sosial şəbəkə iştirakçısı isə görüntünün tamamını paylaşaraq sosial şəbəkə fürsətçilərinin yalanını ifşa ediblər.

Həmin görüntüləri təqdim edirik:

 

Ərdoğanla Bayden arasında ilk salamlaşma anı sosial şəbəkələrdə mübahisələrə səbəb oldu - VİDEO