Türkiyənin İstanbul şəhərində Topkapı Sarayı, Ayasofya Məscidi və Ayas İrene Kilsəsi kimi əhəmiyyətli tikililərin yerləşdiyi tarixi yarımadanın altındakı əsrarəngiz quruluşların fotoları yayımlanıb.
Medianews.az xəbər verir ki, buradakı çuxurlar, su kanalları, quyular, bulaqlar, yanğın hovuzları və arxeoloji memarlıq qalıqları araşdırılaraq nümayiş olunub.
3 illik tədqiqat zamanı 285 yeraltı quruluş araşdırılıb. Araşdırmada İstanbulun əsrlər boyu su ehtiyacını ödəyən yeraltı su anbarının xarab olduğu açıqlandı. Eyni zamanda, bu araşdırma, hekayələrin mövzusu olan İstanbulun sirli tunelləri və qaçış nöqtələrinin əfsanə olduğunu ortaya qoyub. Antik dövrlərdən bəri İstanbulun su təchizatı üçün çox vacib olan su kanalları indi küp, sümük parçaları və tullantılar ilə doludur.
Çalışmalarının üç il davam etdiyini ifadə edən Arzu Ulaş, “kitabxanam və arxiv işlərimin yanında yeraltı quruluşlara da zaman-zaman maraqlanırdım. Tarixi yarımadadakı 285 yeraltı quruluşu Osmanlı sənədləri ilə araşdırdım. Araşdırmalarımız nəticəsində 285 yeraltı infrastrukturdan 59-nun artıq mövcud olmadığını və itirilmiş əsər olduğunu təyin etdim “– deyə bildirib.
Turan Oruc
Medianews.az
https://c.radikal.ru/c21/2106/28/e72df2a61de4.jpg
https://a.radikal.ru/a39/2106/c6/51bd984abdb7.jpg
https://a.radikal.ru/a28/2106/bb/defff9c5bb4c.jpg
https://a.radikal.ru/a15/2106/b7/4fd1f42ba1af.jpg
https://c.radikal.ru/c21/2106/e7/3fc283ebe87d.jpg
https://b.radikal.ru/b23/2106/ce/7ee9865f1857.jpg
https://d.radikal.ru/d10/2106/9d/3554483e5f80.jpg
https://c.radikal.ru/c27/2106/16/bc575383466a.jpg