Las Veqasda baş verən dəhşətli cinayət bütün dünyanın gündəmini zəbt edib.
Medianews.az xəbər verir ki, 16 yaşlı gənc qız 18 yaşlı sevgilisi ilə birlikdə atasını doğrayaraq öldürüb.
Atasını vəhşicəsinə qətlə yetirən gənc qız və sevgilisi, qətldən əvvəl və sonrakı hərəkətlərinə görə ‘dünyanın bəhs etdiyi canilər’ kimi tanınmağa başladılar.
Cinayətdən sonra sosial mediada bir video paylaşan qatillər, birini öldürməyimizin üzərindən 3 gün keçib deyərək cinsi əlaqədən bezdiklərini söyləyiblər.
Şok görüntülər prokurorlar tərəfindən araşdırılıb. Həmin görüntülər 18 yaşlı Aaron Guerrero və sevgilisi, keçmiş Nevada əyalət senatorunun qızı 16 yaşlı Sierra Halseth-ə qarşı dəlil olaraq istifadə olunur.
Məlumata görə, videolar apreldə, Halsetin 45 yaşlı atası Daniel Halsethi öldürdüyü iddia edildikdən altı gün sonra çəkilib. Daha sonra atasının avtomobili ilə Kaliforniyaya qaçmağı planlayan Sierra sevgilisi ilə birlikdə yaxalanıb.
Polisin verdiyi məlumata görə, ata gənclərə artıq birlikdə ola bilməyəcəklərini söylədikdən sonra öldürülüb. Polislər onu bıçaqlandıqdan sonra parçalara ayrıldığını və yandırıldığını açıqlayıb. Polis yeniyetmələrin cinayəti ört-basdır etmək üçün yanğın başlatdığını və qurbanın cəsədini parçalamaq üçün elektromişardan istifadə etdiyini düşünür.
Nevada əyalət qanunlarına görə, 16 yaşına baxmayaraq, qızın yetkin yaşda mühakimə olunmasına ehtiyac var idi, lakin edama məhkum edilmədi. Cinayət ittihamları ilə yanaşı, hər ikisi də qətl, sui-qəsd, soyğunçuluq və kredit kartı fırıldaqçılığı ilə günahlandırılır.
Guerrero 18 yaşında olduğu üçün ölüm hökmü ilə cəzalandırıla bilər.
Turan Oruc
Medianews.az