Türkiyəli pop müğənni Berkay Şahinin 4 il 4 aya qədər həbsi istənilib.

“Sabah” xəbər verir ki, müğənni Burak Ş. adlı izləyicisinə sosial media hesabından yazdığı mesaja görə problemlə qarşılaşıb.

“Klavyaturanın qarşısında elə demək asandır. Əgər rast gəlsək, görərsən”, – şərhini yazan müğənni “təhqir” və “təhdid”lə günahlandırılıb.

İzləyicinin şikayətinə əsasən, haqqında istintaq başladılan müğənni vəkili ilə birgə ifadə verib.

“Onu tanımıram. Ailəmlə olan fotoya təhqiredici rəy yazdı deyə əsəbi halda elə yazdım. Mən də şikayət edəcəm”, – deyə o bildirib.

Müğənninin məhkəməsinin yaxın günlərdə başlayacağı gözlənilir.