Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin hərbi xidmətə başladığı ilk illərə aid görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, sosial şəbəkədə yayılan video müzakirələrə səbəb olub.
Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub.
“Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib.
H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.