Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.
BAKU.WS xəbər verir ki, bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.
Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.
Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.