Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Medianews.az xəbər verir ki, görüşdən sonra nazir Adil Karaismailoğlu Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq qılınc təqdim edib.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.
Nazir Adil Karaismailoğlu: Əlbəttə, barış üçün də lazımdır.
Prezident İlham Əliyev: Bu, lazımdır.
Nazir Adil Karaismailoğlu: Bunu görüncə sülh də olur.