Bayram ərəfəsində Azərbaycanda heç bir məhdudiyyət olmayacaq.
Musavat.com xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yalnız bayram günlərində ictimai nəqliyyat işləməyəcək.