Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli aktrisa Nəsin Cavadzadə şəxsi həyatı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, aktrisa şəxsi hesabından sevgilisi, aktyor Gökhan Alkanla olan fotolarını silib. Onun bu addımı cütlüyün ayrılması barədə xəbərlərin yayılmasına səbəb olub. G.Alkan isə Nəsrinlə bağlı paylaşımlarını səhifəsində saxlayıb.
Qeyd edək ki, məşhur cütlük “Yasak elma”nın çəkilişlərində tanış olmuşdu. Onlar bir müddət öncə evlənməyə hazırlaşdıqlarını açıqlamış və ailələrini də tanış etmişdi.