“Kafelərdə oxuyan müğənni deyiləm. Bakıda da ən yaxşı yerlərdə çıxış edirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramında deyib. Sənətçi həmkarı Rəqsanə İsmayılovanı Rusiya toylarında oxuyan azərbaycanlı ifaçıları tənqid etməsini pisləyib:

“Rəqsanənin dediyində haqq var. Ağıllıdır, havalı deyil. Amma bizimkiləri elə sosiallaşdırıb, basdırmaq lazım deyildi. Onlar da bizimkidir. O qələti edən bizimkidir. Çağırardın bir çaya, kofeyə qulaqburması verərdin. Hamı bilir söhbət kimdən gedir, burada üç nəfər var. Amma etmək lazım deyildi, anadılar, bacıdırlar. Bir qonaqlıq verərdin, cibinə 200 dollar da qoyub, başa salardın”.

Qeyd edək ki, Rəqsanə azərbaycanlı müğənnilərin Rusiyada qeyri-etik hərəkətlər etdiyini açıqlayıb.