Ermənistanda 50-dən çox “kriminal avtoritet” saxlanılıb.

Bu barədə ölkə KİV-də məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarının “Kriminal keçmiş üzərində gələcək qurmaq olmaz” adlı əməliiyatı çərçivəsində saxlanılanlar Ermənistanın ayrı-ayrı polis məntəqələrinə aparılıb. Saxlanılanlar arasında ölkənin cinayətkar aləmində ciddi nüfuz sahibi olan şəxslər də var.

Polis məsələyə rəsmi münasibət bildirməyib.