Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.