Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, London, Amsterdam, Kopenhagen və Qlazqo futbol üzrə Avropa Çempionatı oyunlarını tamaşaçıların iştirakı ilə keçirəcəyini təsdiqləyib.

Bu barədə Avropa Futbol Assosiasiyaları Biriliyinin (UEFA) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı və Sankt-Peterburq tribunaların 50%, Budapeşt 100%, digər şəhərlər isə 25-33% dolacağına təminat verib.

Həmçinin, UEFA-nın Münhen,Roma, Bilbao və Dublində qitə çempionatı matçlarının keçirilməsilə bağlı aprelin 19-da qəti qərar qəbul edəcəyi bildirilib.

Qurumun qeyd edilən dörd şəhəri AVRO-2020 oyunlarının təşkili hüququndan məhrum edəcəyi gözlənilir.