Litvalı MMA döyüşçüsü Yulia Stolyarenko “Vegas 22” Mütləq Döyüş Çempionatının turnirindən əvvəl çəki prosedurunda huşunu itirib.

Bu barədə “Sport-Express” xəbər yayıb.

Stolyarenko amerikalı Xuliya Avila ilə görüşməli idi, lakin bu hadisədən sonra döyüş ləğv edilib.

“Vegas 22” turniri martın 20-dən 21-nə keçən gecə Las-Veqasda baş tutmalıdır.