Leyla Abdul Lətif Beyrutda anadan olub. Atasından ona öncəgörücülük qabiliyyəti keçib. Atası ölkədə tanınmış loğman idi.

Gəncliyindən astrologiya və ezotirika ilə maraqlanıb. Hələ 8 yaşı olarkən Həcc ziyarətinə getmiş babasının qayıtmayacağını demişdi və ailəsini xəbərdar etmişdi. Amma heç kim onun sözünü ciddi almamışdı. Babası həqiqətən Həcc səfəri yolunda qəzada ölür.

Leyla Lətif Livanda Dünya Qaçqınlar Fondunun səfiridir.

– Pandemiya ilə bağlı vəziyyət ilin sonuna yaxın yaxşılaşacaq

– Vaksinasiya virusa qalib gəlməyə kömək edəcək

– Virus mutasiyaları zaman-zaman özünü göstərəcək, amma effektiv dərmanlar olacaq

– Koronavirus əvəzinə yeni komputer, şəbəkə virusları gələcək. Bu da rəqəmsal bazalara ciddi zərbə vuracaq

– Dünyada pandemiyadan sonra iqtisadi çöküş olacaq, sosial gərginlik gözlənilir

– Ən çox qarışıqlıq Çin və ABŞ-da gözlənilir

– Yaxın Şərqdə növbəti müharibə ola bilər

– İqlim və ekoloji fəlakətlər yaxındır. 2021-ci il çox isti olacaq. /medicina.az