“Barmaqlarımı qırdılar. Yıxılmışdım, barmaqlarımın üstünə çıxdılar. Sonra dırnağımı çıxarıb içini yandırdılar. Ardınca dedilər ki, Qarabağ mahnısını ifa edə biləcəksən? Biz elə etmişik ki, sağ qalsan da daha çala bilməyəcəksən”.

BAKU.WS xəbər verir ki, bu sözləri Baku TV-yə Xocalı əsiri, dırnaqları ermənilər tərəfindən çıxarılan gitara ifaçısı Valeh Hüseynov bildirib.

“Ermənilər bircə söz soruşurdular ki, ermənisən, yoxsa türk? Türksənsə, qatı düşmən olurdun və işgəncə verirdilər”, – deyə Valeh Hüseynov əlavə edib.