Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsini əks etdirən şəkillər məndə də narazılıq yaratdı.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün “Facebook” hesabında yazıb.
O bildirib ki, bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir.
“Ancaq ağır hava şəraitində küçələrin təmizlənməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi”, – deyə A.Mirzəzadə əlavə edib.