Ötən gün koronavirusa yoluxan türkiyəli keçmiş model Dəniz Akkayanın vəziyyəti ağırlaşıb və o xəstəxanaya yerləşdirilib.

Bu barədə Akkaya “Instagram” hesabında yazıb:

“Evdə öhdəsindən gələ bilmədim, təkid etmək mənasızdır, xəstəxanaya köçürüldüm”.

Onun sözlərinə görə, həyatında heç vaxt ağır xəstəlik yaşamayan biri kimi koronavirus ona çox çətin gəlib:

“Yəqin ki, bir müddət xəstəxanada qalacağam”, – deyə məşhur model qeyd edib.