Azərbaycanda sağlam doğulan əkiz uşaqları ölü kimi təqdim etdilər.

Sonxeber.az xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlan “Səni axtarıram” verilişinə çıxan kişi deyib.

Axşam evə gələndən gördüm ki, həyat yoldaşım paltar yuyur. Məni çağırdı ki, gəl suyu dəyişək. İkinci dəfə çağıranda amma eşitməmişəm. Gecə saat 12 olanda həyat yoldaşım dedi ki, dayana bilmirəm. O zaman həyat yoldaşım 9 aylıq hamilə idi. Axşam biz 1 sayli şəhər klinik xəstəxanasına getdik. Ağzında siqaret olan kök qadın çıxıb dedi ki, sizi təbrik edirəm, əkiz uşaqlarınız olub. Mən əşyaları götürmək üçün evə getdim. Qayıdana kimi həmin qadın mənə dedi ki, bağışlayın, sizin əkiz uşaqlarınız ölübdür. Həyat yoldaşımı xəstəxanadan çıxaranda uşaqlarımın meyitlərini istədim, vermədilər. Dedilər ki, sizin uşaqlarınızın meyiti ali məktəbə vermişik ki, tələbələr dərsdə istifadə etsinlər. Bu hadisə 1984-cü ildə olub. Mən uşaqlarımın ölməsinə inanmıram. Həyat yoldaşım uşaqları görübdür. Uşaqların biri 2 kilo yarım, digəri isə isə 2 kilo 250 qramdır. 5-6 aydan sonra 4-5 həkim həbs olundu. Ümidliyəm ki, övladlarım sağdır. Çünki uşaqların meyiti belə mənə verilmədi”.

Bakıda diri əkizləri