Daşkəsən rayon icra başçısı Əhəd Abıyev rayonda bir sıra vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatlarının keçirilməsi haqda mediada yayılan məlumatlara münasibət bildirib.

İcra başçısı Əhəd Abıyev açıqlamasında bildirib ki, saxlanılan keçmiş məsul şəxslər vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb ediliblər:

“Bir sıra xəbər saytlarında dərc edilmiş “Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildirirəm ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib.

Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək müdiri işləmiş Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıb.

Birmənalı olaraq bildirirəm ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatlarının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir”.