2021-ci ilin birinci ayını geridə qoyuruq. Təzə ilə qədəm qoysaq da köhnə ildə dünyanın başına bəla olan koronavirus pandemiyası hələ də davam edir. Ancaq dünyadakı tamamilə fərqli səbəblər milyonlarla insanın ölümünə səbəb olur.

2020-ci ildə dünyada insanların daha çox hansı səbəbdən öldüyünü heç düşündünüzmü?

Bir çoxları insanların daha çox koronavirusdan vəfat etdiyini düşünür. Lakin koronavirus siyahıya liderlik etmir.

Musavat.com 2020-ci ildə dünyada ölən insanların sayını və hansı səbəblərdən öldüyünü təqdim edir.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

1. Mövsümi qrip – Ölüm sayı 459.477 nəfər

Koronavirus ilk dəfə ortaya çıxanda mövsümi qrip qədər ölümə səbəb olduğu deyilirdi. Koronavirus daha çox insanın ölümünə səbəb olsa da, hər il mövsümi qripdən ölənlərin sayı da az deyil. Son payız, qış və baharın əvvəllərində daha çox rast gəlinən mövsümi qrip zəif orqanizimlərdə ölümə səbəb ola bilər.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

2. Susuzluq – Ölüm sayı 790.081  nəfər

Dörddə üçünün su ilə örtülü olduğu dünyamızda bu suyun 97,5% -i duzlu su, yalnız 2,5% -i şirin sudur. Yenə də susuzluq dünya üçün böyük bir problemdir. Bunu, səbəb olduğu ölüm sayından da görmək mümkündür.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

3. İntihar – Ölüm sayı 1.006.094 nəfər

Dünya həqiqətən yaşamaq üçün çətin və sərt bir yerdir. Keçən il bir milyondan çox insan intihar edib. Araşdırmalar onu göstərir ki, intiharlar hər il sürətlə artır.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

4. Yol qəzaları – Ölüm sayı 1.226.494  nəfər

Dünyanın əksər hissəsi koronavirus səbəbindən demək olar ki, bir ilini evdə keçirsə də, keçən il 1 milyondan çox insan yol qəzalarında ölüb. Bu rəqəmlər ötən illərə nisbətən daha az hesab olunur.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

5.HİV (Qiçs) – Ölüm sayı 1.576.975 nəfər

HİV yoluxuculuğu koronavirus qədər olmasa da ölümcül təsiri ilə tez-tez adını eşitdiyimiz virusdur. Bu virusun müalicəsi olmasa da, HİV virusuna müəyyən dərmanlar, uyğun bəslənmə və məşqlərlə nəzarət etmək mümkündür. Buna baxmayaraq, bir çox insan QİÇS-dən ölür. Xüsusilə Afrika ölkələrində HİV hələ də nəzarət altına alınmayan ölümcül bir virusdur.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

6. Koronavirus – Ölüm sayı 1.826.910 nəfər

2020-ci il dedikdə ağıla gələn ilk şey koronavirus xəstəliyidir. Koronavirus xəstəliyi 2020-ci ildə 2 milyona yaxın insanın həyatına son qoyub. Artıq bir çox ölkələrdə vaksinasiya prosesi başlasa da ölüm halları hələ də davam etməkdədir. 2021-ci ildə bu pandemiyanın bitməsini ümid edirik.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

7.Alkoqol – Ölüm sayı 2.346.557  nəfər

Araşdırmalar alkoqolizmin dünya miqyasında böyük bir problem olduğunu ortaya qoyur.

Spirtli içkilər çox qəbul edildikdə həm fiziki, həm də psixoloji baxımdan bir çox sağlamlıq probleminə səbəb olur. Alkoqol bağımlılığının yaratdığı xəstəliklər və ölümlər 2020-ci ildə milyonlarla insanda görülüb.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

8. Siqaret – Ölüm 4.690.151 sayı nəfər

Siqaret hər il dünyada təxminən 5 milyon insanın ölümünə səbəb olur. Bu il də bu saya yaxın bir ölüm sayı olub. Siqaret çəkmək daha çox ağciyər xərçəngi və KOAH səbəbiylə ölümlərə gətirib çıxarır.

2020-ci ildə insanların ölümünə səbəb olan amillər: koronavirus ilk sırada deyil...

9.Xərçəng xəstəliyi – Ölüm sayı 7.750.054 nəfər

Müxtəlif nəzarət metodları olsa da, hələ də müalicə olunmayan xərçəng xəstəliyi milyonlarla insanın ölümünə səbəb olmağa davam edir. 200-dən çox növü olan ən ölümcül xərçəng növləri; ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və döş xərçəngidir. Ancaq bu baxımdan müsbət bir vəziyyət var. Xərçəngdən ölənlərin sayı hər il azalır. 2018-ci ildə təxminən 10 milyon insan xərçəngdən öldüyü halda, bu rəqəm 2019 və 2020-ci illərdə tədricən azalıb.

BMT: dünyada orta hesabla doqquz insandan biri aclıq çəkir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

10. Aclıq – Ölüm sayı 10.492.898 nəfər

2020-ci ilin ən böyük dərdi koronavirus kimi görünsə də, dünyanın ən böyük və həll olunmamış problemi aclıqdır. Gəlir haqsızlığı gündən-günə daha çox özünü göstərir və xərçəngdən fərqli olaraq, aclıqdan ölənlərin sayı heç də azalmır. Əslində, Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2015-ci ildən bəri hər il aclıqdan əziyyət çəkən insanların sayı artır.

Turan Oruc
Musavat.com