Müğənni və model Keti Praysın autizmli oğlu bundan sonra xüsusi xəstəxanada müalicə alacaq.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, modelin oğlu Harvi 18 yaşı olmasına baxmayaraq 184 kq-dır və autizm xəstəsidir. Keti övladının səhhətini düşünərək, onu xüsusi xəstəxanaya yerləşdirmək qərarına gəlib.

Prays andangəlmə fiziki məhdudiyyətli olan oğlunun orada daha yaxşı olacağına və sağalacağına inanır.

O bu haqda “The Sun” qəzetinə açılamasında bildirib:

“Bu mənim qəlbimi incitsə də oğlumun gələcəyi üçün çox mühüm qərardır. Onun gələcəyini düşünməliyəm. Oğlum heç vaxt onu başımdan atdığımı fikirləşməməlidir. Bu Harvinin sağalaraq müstəqil həyata atılmasına və bir şəxsiyyət kimi formalaşmasına kömək edəcək”.