“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, – İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir.