Norveçdə paytaxt Oslodan 30 kilometr şimalda, Ask kəndindəki torpaq sürüşməsinin baş verdiyi ərazidə yeddi nəfərin cəsədi tapılıb. Onlardan beşinin kimliyi müəyyən edilib.

Bu barədə NRK TV xəbər verir.

Üç nəfər isə itkin düşmüş kimi qeydə alınıb. Kimliyi müəyyənləşdirilənlər içərisində ata və iki yaşlı qızı var. Uşağın hamilə anasının axtarışları isə hələ davam edir.



İtkin düşənlər arasında anası ilə birlikdə yoxa çıxan 13 yaşlı bir qız da var.

Nəhəng torpaq sürüşməsi dekabrın 30-da kiçik Ask yaşayış məntəqəsində baş verib. Təbii fəlakət nəticəsinə 10-dan çox ev yer üzündən silinib.

Axtarış əməliyyatı altıncı gündür davam edir, xilasedicilər axtarış sahəsini genişləndirirlər.