Türkiyənin ən etibarlı məşhurlarının adları açıqlanıb.

Araşdırma IPSOS tərəfindən keçirilib.

Siyahıya 70.9 faizlik göstərici ilə müğənni Haluk Levent başçılıq edib.

İkinci sırada 61.4 faizlə Müge Anlı, üçüncü pillədə isə 52.9 faizlə Şener Şen qərarlaşıb.

Haluk Bilginer (48.3 faiz) dördüncü, Beyazıt Öztürk (48 faiz) beşinci, Kenan İmirzalıoğlu (45.2 faiz) altıncı, Acun İlıcalı (43.8 faiz) yeddinci, Ezgi Mola (43.2 faiz) səkkizinci, Aras Bulut İynemli (41.4 faiz) doqquzuncu, Gökhan Özoğuz (39.9 faiz) onuncu olub.