Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan sexin yanar konstruksiyaları və içərisində 2 ədəd dəzgah yanıb.

Bununla bağlı Fövvqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan ümumi sahəsi 103 m² olan birmərtəbəli evin şiferdən ibarət dam örtüyü 3 m² sahədə dağılıb. Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.