Rusiyanın Cənubi Saxalinsk bölgəsində yanacaqdoldurma məntəqəsində maraqlı, eyni zamanda təhlükəli hadisə yaşanıb.

Bu barədə “NTV News” məlumat yayıb.

Yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü avtomobilin çənini doldurmağa başlayıb. Bu zaman o alışqanla anlaşılmaz şəkildə avtomobilin yanacaq çənində “təcrübə” aparıb. Nəticədə yanğın baş verib. Avtomobil sahibi maşınına minərək qaçıb və yanğın yanacaqdoldurma məntəqəsinin işçiləri tərəfindən söndürülüb.