Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev şəhid olub.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook” səhifəsində paylaşım edib:

“Çox acı bir xəbər. Azərbaycanın qəhrəman oğlu Xalid Nəciyev şəhid olub. Allah rəhmət etsin!”

Qeyd edək ki, Xalid Nəciyev Saatlı və Sabirabad rayonlarının təhsil şöbələrinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi vəzifəsində çalışıb.