Zimbabvenin Mvuma şəhərində kaftar sürüsü evdə yatmış kişiyə hücum edib.

Bununla bağlı CNN məlumat yayıb.

Hadisə Çirumanzu rayonunda baş verib. 87 yaşlı Tenday Maseka evində tək qalırmış. Gecə vaxtı kaftarlar evə girərək, Masekanı parçalayıblar. Onun cəsədinin qalıqları evdən 300 metr aralıda tapılıb.

Qeyd edilib ki, bu, Zimbabvedə 2020-ci ildə heyvanların insanlara qarşı 60-cı ölümcül hücumudur.