Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur blogeri Ruhi Çenet Azərbaycana gəlib.

BAKU.WS xəbər verir ki, “YouTube”dakı videoları ilə məşhur olan Ruhi cəbhə bölgəsinə yollanıb. O, çəkdiyi fotoları “İnstagram” hesabında yayımlayıb.

Çenet eyni zamanda işğalçı Ermənistanın Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən 2 yaşlı Nilayı ziyarət edib. Fenomen Nilayla olan fotosuna belə şərh verib:

“Nilay 2 yaşındadır. Ana və atasını Ermənistanın Gəncəyə atdığı raket nəticəsində itirib. 20 gündür görmədiyi ana və atasının harada olduğunu hələ də soruşur.

Bu balaca qızın gözlərinə baxınca anlayıram ki, bir daha heç vaxt ailəsini görməyəcəyini bilir. Amma qəbul etmək istəmir. İndi ona tək ailəsi olan babası baxır. Həyat bir daha heç vaxt balaca Nilay üçün əvvəlki kimi olmayacaq”.

Ruhi Çenet Azərbaycandan hazırladığı videonu isə yaxın günlərdə yayımlayacağını bildirib.