Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yeni növ koronavirus (COVID) infeksiyasına görə özünütəcrid edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Buna səbəb kimi Rusiya XİN başçısının koronavirusa yoluxmuş şəxslə təmasda olması göstərilib.